Aİ Gürcüstan vətəndaşları üçün vizasız rejimi ləğv edə bilər

Aİ Gürcüstan vətəndaşları üçün vizasız rejimi ləğv edə bilər
Dünya 0

Avropa İttifaqı Gürcüstan hakimiyyətinə qarşı yeni məhdudiyyətlər tətbiq etməyi və ölkə vətəndaşları üçün vizasız gediş-gəliş rejimini ləğv etməyi nəzərdən keçirir.

BAKU.WS xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Brüsseldə keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Gürcüstan hakimiyyətinə qarşı əlavə tədbirlər 2027-ci ilin yanvarında müzakirə oluna bilər. Kallas bütün Gürcüstan vətəndaşlarına şamil edilə biləcək viza məhdudiyyətlərinin də gündəmdə olduğunu qeyd edib.

Avropa Komissiyasının noyabrın 4-də açıqladığı hesabatda Gürcüstanda demokratiya və fundamental hüquqlarla bağlı narahatlıqların aradan qaldırılmadığı bildirilib. Sənəddə ölkənin Aİ-yə üzvlük prosesinin faktiki olaraq dayandığı da vurğulanıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər