Fidan Hacıyevanın Fransadakı möhtəşəm konsertindən GÖRÜNTÜLƏR
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Fidan Hacıyeva Fransada uğurlu konsert proqramı ilə çıxış edib.
BAKU.WS xəbər verir ki, "8 Noyabr - Zəfər günü"nə həsr olunan musiqili gecə Parisin əfsanəvi Bobino teatrının səhnəsində baş tutub.
"LA SOIRÉE MUSICALE: Les Échos de l'Honneur" adlı konsertdə kamera orkestrini Əməkdar artist Əyyub Quliyev idarə edib.
Unudulmaz musiqi axşamında klassik musiqinin ecazkar nümunələri səsləndirilib.
Səhnədə Fidan Hacıyeva ilə yanaşı, Əməkdar artist Ramil Qasımov, azərbaycanlı məşhur fleytaçı Ağarahim Quliyev və hindistanlı tanınmış dirijor Savitri de Roşfort də çıxış ediblər.
Möhtəşəm gecədə musiqinin sehri Paris tamaşaçılarına zərif və unudulmaz duyğular bəxş edərək yaddaşlarda dərin iz buraxıb.
İfaçıların yüksək peşəkarlıqla ifa etdiyi kompozisiyalar böyük rəğbətlə qarşılanıb.
Oxşar xəbərlər
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Noyabrın 4-də Heydər Əliyev Mərkəzində dünyaşöhrətli skripkaçı Devid Qarrett "Millennium Symphony - Crossover Programme" simfonik şousu ilə çıxış edib. BAKU.WS...