"Odyssey" yolda qaldı - Yanacaq almağa vəsaiti çatmadı
Yeniliklərdən dərhal xəbərdar olun
Kambocada yanacaq almağa vəsaiti çatmadığı üçün 203 sərnişini ilə limanda qalan "Odyssey" kruiz gəmisi yanacaq ehtiyatı doldurulduqdan sonra ölkəni tərk edib.
BAKU.WS xəbər verir ki, bu barədə "Xinhua" məlumat yayıb.
Preah Sihanuk əyalətinin Turizm Departamentinin direktoru Tanq Soçetkresna bildirib ki, gəmi noyabrın 4-də saat 00:25-də Sihanukvil Muxtar Limanından yola düşüb. Onun növbəti dayanacağı barədə məlumat yoxdur.
ABŞ-nin Florida ştatında yerləşən "Villa Vie Residences" şirkətinin idarə etdiyi gəmi oktyabrın 23-də 203 sərnişin və 156 ekipaj üzvü ilə Kambocaya gəlib. Lakin şirkət oktyabrın 27-də yanacaq almaq üçün kifayət qədər vəsaitinin olmadığını bildirərək sərnişinləri gəmidən düşürüb.
Kamboca hakimiyyəti 15 ölkənin vətəndaşı olan sərnişinlərə turist vizası verib. Ekipaj üzvlərinin bir qismi isə ölkəni təyyarə ilə tərk edib.
Şirkət yanacağın qiymətinin kəskin artması səbəbindən gəminin fəaliyyətini dayandırdığını açıqlayıb. Bildirilib ki, bəzi Asiya ölkələrində bir kabin üçün aylıq yanacaq xərcləri əvvəlki 1 800 dollardan 6 000–8 000 dollara yüksəlib.
Qeyd edək ki, "Odyssey" 2024-cü ilin oktyabrında Şimali İrlandiyanın paytaxtı Belfastdan yola çıxıb. Gəminin dünya turunun üç il yarım davam etməsi planlaşdırılırdı.
Oxşar xəbərlər
Britaniyalı diplomat: "Ölkənin Rusiya ilə müharibə aparmağa nə maliyyəsi, nə də imkanları var"
Böyük Britaniyanın Rusiya ilə müharibə aparmaq üçün kifayət qədər maliyyə və hərbi imkanları yoxdur. BAKU.WS xəbər verir ki, bu barədə britaniyalı diplomat İan...