Əli Əsədov Rusiya, Belarus, Özbəkistan və Qırğızıstanın rəsmiləri ilə görüşüb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın Baş naziri Əli Əsədov Bakıda keçirilən yanğın-xilasetmə idmanı üzrə kişilər arasında XXI və qadınlar arasında XII dünya çempionatı çərçivəsində ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən bildirilib.
Bildirilib ki, nümayəndə heyətinə Rusiyaın mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri, Belarusun fövqəladə hallar naziri, Özbəkistanın fövqəladə hallar nazirinin birinci müavini, Qırğızıstanın fövqəladə hallar nazirinin müavini, həmçinin Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti daxildir.
Görüşdə yanğın-xilasetmə idmanı üzrə dünya çempionatının Bakıda keçirilməsinin əhəmiyyəti vurğulanıb, yarışın bu idman növünün inkişafına və iştirakçı ölkələr arasında peşəkar təcrübə mübadiləsinin genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.
Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, o cümlədən yanğın təhlükəsizliyinin təmin edilməsi, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsi və peşəkar kadr hazırlığı istiqamətində görülən işlər barədə bəhs olunub.
Görüşdə yanğın-xilasetmə idmanının inkişafı və bu sahədə beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunub.
Oxşar xəbərlər
Keçmiş nazirin oğluna vəzifə verildi
Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikası Prezi...