Zaur Abişevə yüksək vəzifə verildi
Yeniliklərdən dərhal xəbərdar olun
Zaur İlham oğlu Abişev Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib.
BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Zaur İlham oğlu Abişev 1984-cü ildə anadan olub. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bakalavr təhsilini fərqlənmə ilə bitirib, 2008-ci ildə isə Azərbaycan Dövlət Neft Akademiyasının ABŞ-nin Georgia Ştat Universiteti ilə birgə proqramı çərçivəsində Biznesin inzibatçılığı və əməliyyatların idarə edilməsi ixtisası üzrə magistr dərəcəsi alıb. 2014-cü ildə ABŞ-ın Alyaska ştatının İctimai Mühasiblər Heyəti tərəfindən Sertifikatlaşmış İctimai Mühasib (CPA) dərəcəsi ilə təltif edilib.
Əmək fəaliyyətinə 2006-cı ildə maliyyə sektorunda başlayıb. 2007-2018-ci illərdə "Ernst & Young" beynəlxalq audit və konsaltinq şirkətində müxtəlif vəzifələrdə çalışmış və baş menecer səviyyəsinədək yüksəlmişdir. 2018-2022-ci illərdə "MKT İK" aqrar-sənaye şirkətində İdarə Heyətinin üzvü və baş maliyyə direktoru vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 mart tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir. Ailəlidir, iki övladı var.
Oxşar xəbərlər
Keçmiş nazirin oğluna vəzifə verildi
Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikası Prezi...