Azərbaycanda yeddi min ailəyə qurban payı veriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Səudiyyə Ərəbistanı səfirliyi "Adahi" proqramı çərçivəsində Azərbaycan üçün göndərilən qurban ətlərinin paylanmasını həyata keçirib.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, tədbirin əvvəlində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Səudiyyə Ərəbistanı səfirliyi arasında təhvil-təslim aktı imzalanıb.
Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli bu aksiyanın iki ölkənin müsəlman xalqları arasında əlaqələrin dərinləşdirilməsinə xidmət edəcəyini bildirib.
Qeyd olunub ki, qurban ətinin ümumi çəkisi 46.5 ton təşkil edir və 7 min ailəni əhatə edəcək.
Qalereya
Oxşar xəbərlər
Torpağın sotunun qiyməti 16 min manatı ötdü - Kəskin bahalaşma
Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) 2026-cı ilin oktyabr ayı üzrə daşınmaz əmlak bazarının göstəricilərini açıqlayıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər...