Kamran İmanov "Şərəf" ordeni ilə təltif edilib

Kamran İmanov Şərəf ordeni ilə təltif edilib
Digər 0

Prezident İlham Əliyev Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun "Şərəf" ordeni ilə təltif edilməsi ilə əlaqədar Sərəncam imzalayıb.

BAKU.WS azertac-a istinadən xəbər verir ki, K. İmanov ordenlə dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə və əqli mülkiyyət hüquqları sahəsinin inkişafında böyük xidmətlərinə görə təltif edilib.

Qeyd edək ki, K. İmanovun noyabrın 5-də 80 yaşı tamam olacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər