Torpağın sotunun qiyməti 16 min manatı ötdü - Kəskin bahalaşma
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) 2026-cı ilin oktyabr ayı üzrə daşınmaz əmlak bazarının göstəricilərini açıqlayıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, oktyabrda torpaq bazarında qiymətlər artıb.
Torpağın bir sotunun median təklif qiyməti 16 250 manat təşkil edib. AQP indeksinə görə, qiymətlər sentyabr ayı ilə müqayisədə 2,2 faiz, 2026-cı ilin aprel ayı ilə müqayisədə isə 21,9 faiz yüksəlib.
Palata xatırladır ki, torpağın qiymətinə yerləşdiyi ərazi, təyinatı, kommunal və nəqliyyat imkanları, sahəsi və sənədlərinin vəziyyəti təsir edir. Buna görə də ümumi bazar artımını hər bir torpaq sahəsinə eyni qaydada tətbiq etmək olmaz.
Oxşar xəbərlər
Kamran İmanov "Şərəf" ordeni ilə təltif edilib
Prezident İlham Əliyev Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun "Şərəf" ordeni ilə təltif edilməsi ilə əlaqədar Sərəncam imzalayıb. BAK...