Tehranda Trampın öldürülməsi ilə bağlı təhdid dolu plakat asılıb

Tehranda Trampın öldürülməsi ilə bağlı təhdid dolu plakat asılıb
Dünya 1

ABŞ-də Konqresə aralıq seçkilərin keçirildiyi gün İranın paytaxtı Tehranda ABŞ Prezidenti Donald Trampı hədəf alan plakat nümayiş etdirilib.

BAKU.WS xəbər verir ki, İnkılab meydanına asılan nəhəng plakatda Tramp dəmir barmaqlıqlar arxasında təsvir olunub. Üzərində ingilis və fars dillərində "Trampı öldürəcəyik" ifadəsi yazılıb.

Bundan başqa, İran dövlət mediasında yayımlandığı bildirilən digər görüntüdə Tramp, ABŞ-nin vitse-prezidenti Cey Di Vens, İsrailin Baş naziri Benyamin Netanyahu və Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff təsvir olunub. Kompozisiyada ABŞ və İsrail bayraqları alovlar içərisində göstərilib və eyni təhdid mesajı yer alıb.

Plakatda noyabrın 4-də qeyd olunan 13 Aban münasibətilə keçiriləcək aksiyalara da çağırış edilib. Hicri-şəmsi təqvimi ilə 13 Aban 1979-cu ildə Tehrandakı ABŞ səfirliyinin ələ keçirilməsinin ildönümüdür. Bu tarixdə İranda hər il ABŞ əleyhinə nümayişlər təşkil olunur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər