Ekspert ABŞ-nin İrana qarşı nüvə silahından istifadə ehtimalını qiymətləndirib
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ genişmiqyaslı hərbi əməliyyatları bərpa edəcəyi təqdirdə İrana qarşı taktiki nüvə silahından istifadə edə bilər. Bu barədə rusiyalı politoloq, İran üzrə mütəxəssis Anastasiya Kislıtsına bildirib.
BAKU.WS xəbər verir ki, o, "Lenta.ru"ya açıqlamasında ABŞ hərbçilərinin taktiki nüvə silahından istifadə təhlükəsinin mövcud olduğunu deyib.
"Amerika hərbçilərinin taktiki nüvə silahından istifadə etməsi təhlükəsi var. Bu, İranda ətraf mühitin ciddi şəkildə çirklənməsi riskini yaradacaq", – deyə ekspert vurğulayıb.
Qeyd edək ki, noyabrın 2-də Rusiya Prezidenti Vladimir Putin İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai ilə telefon danışığı aparıb. Tərəflər regiondakı vəziyyəti müzakirə ediblər.
Bundan əvvəl, oktyabrın 29-da Kremlin sözçüsü Dmitri Peskov Moskvanın müvafiq müraciət olacağı təqdirdə Vaşinqtonla Tehran arasındakı münaqişənin həllində vasitəçilik etməyə hazır olduğunu açıqlayıb.
Oxşar xəbərlər
ABŞ tarixində bir ilk: Müsəlman demokrat senator seçildi
Demokratlar Partiyasının namizədi Əbdül Əl-Sayed Miçiqan ştatından ABŞ Senatına keçirilən seçkilərdə qələbəni təmin edib. BAKU.WS xəbər verir ki, bu barədə AP a...