Dollar Türkiyə lirəsi qarşısında tarixi rekordunu yenilədi
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ dollarının Türkiyə lirəsinə qarşı məzənnəsi ilk dəfə 50 lirə həddini keçərək tarixi maksimuma çatıb.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin "Timeturk" nəşri məlumat yayıb.
Məlumata görə, ticarət zamanı dolların məzənnəsi 50,0268 lirəyə yüksəlib. Bakı vaxtı ilə 09:15-də isə 50,0247 lirə səviyyəsində qərarlaşıb.
Qeyd olunur ki, ötən gün ABŞ dolları 50 lirə həddinə yaxınlaşsa da, bu səviyyədən yuxarı möhkəmlənə bilməyib. Valyuta maksimum 49,99 lirə ətrafında ticarət olunub.
Türkiyə mətbuatının yazdığına görə, ABŞ-də aralıq seçkilərdən sonra dolların dünya bazarında zəifləməsi belə lirənin məzənnəsinə müsbət təsir göstərməyib.
Xatırladaq ki, Türkiyə Mərkəzi Bankı oktyabr iclasında uçot faiz dərəcəsini 100 baza bəndi azaldaraq 37 faizdən 36 faizə endirib.
Oxşar xəbərlər
Sahil Babayev: "Neftin qiymətinin daha yüksək ola biləcəyini düşünürük"
"Bugünkü geosiyasi vəziyyəti qiymətləndirdikdə neftin qiymətinin daha yüksək ola biləcəyini düşünürük". BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu fikirləri...