Sahil Babayev: "Neftin qiymətinin daha yüksək ola biləcəyini düşünürük"
Yeniliklərdən dərhal xəbərdar olun
"Bugünkü geosiyasi vəziyyəti qiymətləndirdikdə neftin qiymətinin daha yüksək ola biləcəyini düşünürük".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu fikirləri maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, fiskal çərçivənin qorunması, ortamüddətli dövr üzrə vahid fiskal intizamın və proqnozlaşdırmanın tətbiqi üçün biz konservativ yanaşma ilə 65 dollar proqnozunu rəhbər tutulub:
"Növbəti ildə orta illik inflyasiya 5.3% proqnozlaşdırılır, manatın dollara nisbətdə məzənnəsi isə 1.7 civarında müəyyən edilib".
Oxşar xəbərlər
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (Nİİ...