Azərbaycanda gələn il büdcə siyasətinin əsas istiqamətləri açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
2027-ci ildə Azərbaycanda büdcə siyasəti bir neçə istiqamətdə həyata keçiriləcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - 2027-ci ilin büdcə zərfinin müzakirəsində bildirib.
"Bunlar, dayanıqlı iqtisadi artımın dəstəklənməsi, makroiqtisadi sabitliyin qorunması, əhalinin rifahı və sosial tədbirlərin tam maliyyələşdirilməsi, müdafiə qabiliyyətinin və təhlükəsizliyin təminatının gücləndirilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafı, rəqəmsal texnologiyalar və innovasiyaların tətbiqinin genişləndirilməsi, təhsil və səhiyyə sektorlarının inkişafının dəstəklənməsi, fiskal intizam qorunmaqla büdcə qaydasına əməl edilməsi, büdcə xərclərinin dövlət xəzinədarlığı vasitəsilə ünvanlı və səmərəli icra edilməsi, real sektorun inkişafının sürətləndirilməsi və s.-dir", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Gələn il Azərbaycanda 52 dövlət müəssisəsi dividend ödəməli olacaq
2027-ci ildə Azərbaycanda 52 dövlət müəssisəsi dövlət büdcəsinə ümumilikdə 872 milyon manat dividend ödəməli olacaq. "Report" xəbər verir ki, bu, 2027-ci ilin b...