Övlad gözləyənlərə ŞAD XƏBƏR - 1500 manat veriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, növbəti ildə uşağın doğulmasına görə ödəniləcək məbləğin 1500 manat olması nəzərdə tutulur.
Qeyd edək ki, 2026-ci ildə sözügedən məbləğ 600 manat olub. Bu isə 900 manat artım deməkdir.
Oxşar xəbərlər
Gələn il Azərbaycanda 52 dövlət müəssisəsi dividend ödəməli olacaq
2027-ci ildə Azərbaycanda 52 dövlət müəssisəsi dövlət büdcəsinə ümumilikdə 872 milyon manat dividend ödəməli olacaq. "Report" xəbər verir ki, bu, 2027-ci ilin b...