"Trendyol"da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da!
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri olan "Trendyol" "Super endirim günləri" kampaniyasını elan edir. Hər il ənənəvi olaraq keçirilən kampaniya bu il noyabrın 5-dən 11-dək davam edəcək.
"Bu noyabr da hər kəs Trendyolda" konsepti ilə təqdim olunan kampaniya çərçivəsində alıcıları milyonlarla məhsul üzrə xüsusi təkliflər gözləyir. Trendyol istifadəçiləri "Super endirim günləri"ndə "SUPER25" kodu ilə (maksimum 20 AZN-ə qədər) 25% endirim əldə edəcəklər.
Bununla yanaşı, kampaniya müddətində müxtəlif məhsullara 60%-dək endirimlər tətbiq olunacaq.
Bu il gündəlik tələbat məhsulları, kosmetika və ev kateqoriyaları üzrə məhsullar sərfəli qiymətlərlə təklif ediləcək. Həmçinin, platformanın əsas istiqamətlərindən dəb də daxil olmaqla, müxtəlif kateqoriyalar üzrə geniş məhsul çeşidini xüsusi endirimlərlə əldə etmək mümkün olacaq.
Kampaniya müddətində müxtəlif satıcılar tərəfindən kuponlar, promokodlar və alış-veriş səbətinə tətbiq edilən əlavə endirim imkanları təqdim ediləcək.
Kampaniya çərçivəsində alıcılar "Trendyol Plus" abunəliyinin üstünlüklərindən də faydalana biləcəklər. Azərbaycanda bu abunəliyi ilk aya özəl cəmi 1 AZN ödəməklə aktivləşdirmək mümkündür. Növbəti aylarda isə aylıq abunə haqqı 5.49 AZN təşkil edir.
"Trendyol" il ərzində təşkil etdiyi müxtəlif kampaniyalarla alıcılara geniş məhsul çeşidini daha sərfəli qiymətlərlə əldə etmək imkanı yaradır.
Oxşar xəbərlər
Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti Türkmənistanda səfərdədir. Səfər çərçivəsində Türkmənistan Milli Həmkarlar İttifaqları Mərk...