Perunun 70 faizində "El-Nino" təhlükəsi ilə əlaqədar fövqəladə vəziyyət elan edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Peruda "El-Nino" iqlim fenomeninin səbəb ola biləcəyi güclü yağışlar və daşqın təhlükəsi ilə əlaqədar ölkə ərazisinin təxminən 70 faizində fövqəladə vəziyyət rejimi tətbiq olunub.
BAKU.WS xəbər verir ki, "El Peruano" qəzetinin hökumət qərarına istinadən yaydığı məlumata görə, rejim ölkənin 1 890 bələdiyyəsindən 1 380-də qüvvəyə minib.
Qərarın məqsədi təbii fəlakətin mümkün nəticələrinin aradan qaldırılması üçün tədbirlərin daha operativ həyata keçirilməsidir.
Qeyd edək ki, "El-Ninyo" fenomeninin təsiri nəticəsində Argentinada da güclü yağışlar və daşqınlar baş verib. Təbii fəlakət azı iki nəfərin ölümünə səbəb olub, bir neçə min insan isə təxliyə edilib.
Oxşar xəbərlər
Günəşdə yenidən partlayışlar qeydə alınıb
Günəşdə bir müddət davam edən sakitlikdən sonra aktivlik yenidən artmağa başlayıb. Alimlər ulduzda yeni ləkələrin yarandığını və ilk alışmaların qeydə alındığın...