İpoteka adı ilə 4 milyon manata yaxın dələduzluq: Prokuror ağır cəza istədi

İpoteka adı ilə 4 milyon manata yaxın dələduzluq: Prokuror ağır cəza istədi
Hadisə 16

Külli miqdarda dələduzluq etməkdə ittiham olunan "Zamin əmlak agentliyi"nin direktoru Oqtay Zərbəliyev və həmin qurumun satış menecerləri - Orxan Əliyev, Ramin Nağdəliyev, Natiq Şahmuradov, Qalib Bayramov, Bəxtiyar Məhərrəmov, Ədib Kazimov, Valeh Rustəmov və İlqar Məmmədovun cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən iclasda prokuror təqsirləndirilənlərdən Oktay Zərbəliyevin 9 il 6 ay, Orxan Əliyevin 9 il, Ramin Nağdəliyevin 9 il 6 ay, Natiq Şahmuradovun 8 il, Qalib Bayramovun 7 il, Bəxtiyar Məhərrəmovun 7 il, Ədib Kazımovun 9 il 6 ay, Valeh Rustəmov və İlqar Məmmədovun isə hər birinin 8 il 6 ay azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında agentliyə müraciət edən şəxslərə qarşı dələduzluq ediblər.

Qrup üzvləri zərərçəkənlərə güzəştli şərtlərlə ipoteka vasitəsilə mənzil almaqda kömək edəcəkləri barədə yalan vədlər veriblər. Oqtay Zərbalıyev və qrupun digər üzvləri bu müddət ərzində zərərçəkən şəxslərin ümumilikdə 3 milyon 600 min manat məbləğində pulunu ələ keçiriblər.

Təqsirləndirilənlər barədə CM-nin 178.3.2-ci (dələduzluq külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb. Müttəhimlərdən Qalib Bayramov və Bəxtiyar Məhərrəmov barədə həbs olmayan qətimkan tədbiri digərləri barədə isə həbs qətimkan tədbiri seçilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər