Ermənistanda müxalifət lideri Samvel Karapetyan həbs edildi

Ermənistanda müxalifət lideri Samvel Karapetyan həbs edildi
Dünya 4

Ermənistanda müxalifətçi siyasətçi və iş adamı, "Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyan barəsində həbs qətimkan tədbiri seçilib.

BAKU.WS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, İrəvanın Antikorrupsiya Məhkəməsi Karapetyanın bir ay müddətinə həbs olunmasına qərar verib.

İş adamı özəl sektorda vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Bildirilir ki, onun hərəkətləri "Ermənistan Elektrik Şəbəkələri" şirkətinə xüsusilə külli miqdarda ziyan vurub.

Qeyd edək ki, noyabrın 4-də Samvel Karapetyan cinayət işi çərçivəsində saxlanılıb. Bundan əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşları onun və qardaşı oğlunun - Narek Karapetyanın evlərində axtarış aparıblar.

Ermənistan İstintaq Komitəsinin məlumatına görə, Samvel Karapetyan "cinayətkar qrup"a rəhbərlik edib. İstintaqın iddiasına əsasən, həmin qrupa "Ermənistan Elektrik Şəbəkələri" şirkətinin baş direktoru, onun müavini, idarə heyətinin bir sıra üzvləri və digər şəxslər daxil olublar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər