Həbsxana həyatından danışan Rəqsanə: "Yaralı yerimdir"

Həbsxana həyatından danışan Rəqsanə: Yaralı yerimdir
Video
Şou-biznes 2

"Oradan da danışa bilmirəm, bilmirəm, çox çətindir. Əlbəttə ki, orada heç kimin xətrinə dəymirlər, heç kəsi incitmirlər. Amma heç kimə belə bir vəziyyət arzulamıram. Bu barədə danışmaq belə istəmirəm. Çünki bu, mənim çox yaralı yerimdir".

BAKU.WS xəbər verir ki, bu sözləri rejissor Nail Naiboğlunun "Space TV"də yayımlanan "10Plyus" verilişinə qonaq olan müğənni Rəqsanə İsmayılova deyib.

Sənətçi qeyd edib ki, həbsxanadakı günlərini artıq xatırlamaq istəmir.

Rəqsanə İsmayılova onu da vurğulayıb ki, heç bir valideyn kimi o da uşaqları qarşısında utanmaq istəmir:

"Qızım mənə görə çox böyük əziyyət çəkib, Nayilə. Bəzən bu gün ona zəng etməyə belə utanıram. Nə olsun ki, onu mən böyütmüşəm, nə olsun ki, onun üçün bu qədər əziyyət çəkmişəm? Bu gün də yanındayam.

Amma yenə də elə məqamlar var ki, onların tezliklə geridə qalmasını istəyirəm. İstəmirəm ki, övladımın, ümumiyyətlə, heç kimin qarşısında hansısa vəziyyətə görə utanım, pis vəziyyətdə qalım. Arzum budur ki, hər şey tezliklə bitsin və övladımın gözünün içinə rahatlıqla, başımı dik tutaraq baxa bilim".

Ətraflı videoda:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər