Husilər Səudiyyə Ərəbistanı ilə sülh üçün külli miqdarda pul tələb etdilər

Husilər Səudiyyə Ərəbistanı ilə sülh üçün külli miqdarda pul tələb etdilər
Dünya 10

Yəməndə fəaliyyət göstərən husilər Səudiyyə Ərəbistanından hərbi əməliyyatlara son qoymaq üçün 51 milyard dollar tələb ediblər.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumatlı mənbələrə istinadən yazıb.

İranın əlaltıları (proksi qüvvələri, peyk dövlətləri) iddia edirlər ki, bu məbləğ krallığın Yəməndəki vətəndaş müharibəsində 11 il ərzində iştirakı zamanı Səudiyyə Ərəbistanı tərəfindən endirilən zərbələr, eləcə də Ər-Riyadın tətbiq etdiyi blokada nəticəsində dəyən ziyanı əks etdirir.

Husilər, həmçinin Səudiyyə Ərəbistanından onları Yəmənin qanuni hakimiyyəti kimi tanımasını tələb edirlər. Əgər ölkə hakimiyyəti buna razılaşarsa, onların cənub sərhədində İranla müttəfiq dövlət yaradılacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər