Müddətsiz əlilliyi olan şəxslər yenidən müayinəyə çağırıla bilər - SƏBƏBLƏR
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda müddətsiz əlillik təyin edilmiş şəxslərin yenidən tibbi müayinəyə cəlb olunması yalnız müəyyən hallarda mümkündür. Belə şəxslər hər il və ya müəyyən dövrlərdən birində avtomatik olaraq təkrar müayinədən keçməli deyillər.
BAKU.WS-in məlumatına görə, bunu Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov deyib.
Onun sözlərinə görə, qanunvericilikdə müddətsiz əlillik təyin edilmiş şəxslərin yenidən qiymətləndirilməsinə imkan verən xüsusi hallar nəzərdə tutulub:
"Belə ki, Tibbi-Sosial Ekspertiza Komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildikdə, Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi həmin şəxsi yenidən müayinəyə cəlb edə bilər.
Digər tərəfdən, müddətsiz əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində dəyişiklik baş verərsə, onun öz təşəbbüsü ilə yenidən qiymətləndirilməsi məsələsi də gündəmə gələ bilər".
Qeyd edək ki, ətrafların amputasiyası kimi anatomik qüsurlar müddətsiz əlillik təyinatına əsas olan hallardandır. Bu kateqoriyaya aid şəxslərin mütəmadi şəkildə komissiyaya çağırılması ilə bağlı ümumi tələb yoxdur.
Beləliklə, müddətsiz əlillik alan vətəndaşların təkrar müayinəsi adi prosedur deyil. Bunun üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar olmalıdır.
Oxşar xəbərlər
24 tona yaxın yararsız hind quşu əti məhv edildi
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "Qırmızı Körpü" Qida Təhlükəsizliyinə Nəzarət Məntəqəsində həyata keçirdiyi nəzarət tədbirləri zamanı 23.6 to...