24 tona yaxın yararsız hind quşu əti məhv edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "Qırmızı Körpü" Qida Təhlükəsizliyinə Nəzarət Məntəqəsində həyata keçirdiyi nəzarət tədbirləri zamanı 23.6 ton dondurulmuş hind quşu ətində uyğunsuzluqlar aşkarlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, ABŞ-nin LAMEX FOODS INC. şirkətinin istehsalı olan və "Universal-SVS" MMC tərəfindən idxalı nəzərdə tutulan məhsulun daşınması zamanı temperatur rejiminin pozulduğu, korlanma əlamətlərinin olduğu, qan yığıntılarının və axıntılarının mövcudluğu, həmçinin orqanoleptik göstəricilərinin tələblərə uyğun olmadığı müəyyən edilib.
Aşkarlanmış uyğunsuzluqlar nəzərə alınaraq məhsulun məhv edilməsi barədə qərar qəbul olunaraq, 23.6 ton hind quşu əti müvafiq qaydada utilizasiya edilib:
"Beləliklə, Azərbaycan-Gürcüstan dövlət sərhədində yerləşən "Qırmızı Körpü" Qida Təhlükəsizliyinə Nəzarət Məntəqəsində həyata keçirilən nəzarət tədbirləri nəticəsində qida təhlükəsizliyi tələblərinə cavab verməyən məhsulun ölkə ərazisinə idxalının qarşısı alınıb".
Qalereya
Oxşar xəbərlər
Məcburi köçkün qadınla evlənən kişilər də məcburi köçkün sayılacaq
İşğaldan əvvəl işğal olunmuş rayonun sakini ilə evlənmiş kişilər də məcburi köçkün statusu və vəsiqəsi ala biləcəklər. BAKU.WS "Report"a istinadən xəbər verir k...