ABŞ İrana qarşı mövqeyini yumşalda bilər - Tramp üç variantı nəzərdən keçirir

ABŞ İrana qarşı mövqeyini yumşalda bilər - Tramp üç variantı nəzərdən keçirir
Dünya 12

ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti addımlar üçün üç mümkün ssenarini nəzərdən keçirir. Bu variantlardan biri Vaşinqtonun Tehranla razılaşma əldə etmək üçün ciddi güzəştlərə getməsini nəzərdə tutur.

BAKU.WS xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, Tramp hazırda üç seçim arasında qərar verməyə çalışır. Bunlara İrana qarşı yeni zərbələrin endirilməsi, İran hakimiyyətinə iqtisadi təzyiqin davam etdirilməsi və ABŞ-nin müəyyən güzəştlər müqabilində Tehranla razılaşma əldə etməsi daxildir.

Məlumata əsasən, Tramp milli təhlükəsizlik məsələləri üzrə müşavirləri ilə birlikdə kəşfiyyat məlumatlarının təqdim olunduğu brifinqdə İran ətrafındakı vəziyyəti müzakirə edib.

Bu görüşlə eyni vaxtda regionda diplomatik təmasların da intensivləşdiyi bildirilir. İranın xarici işlər naziri Abbas Əraqçi Türkiyə, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Oman və Misirdən olan vasitəçilərlə telefon danışıqları aparıb.

Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi ilə görüşüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər