Polad Bülbüloğlu bu səbəbdən Tünzalə Ağayevaya təşəkkür etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Tünzalə Ağayeva Azərbaycan musiqisinin əvəzolunmaz sənətkarı, Xalq artisti Polad Bülbüloğlunun "Gəl ey səhər" əsərini ifa edərək ona yeni nəfəs verib.
BAKU.WS xəbər verir ki, MTV maqazin sözügedən ifa haqqında Polad Bülbüloğlundan özəl açıqlama alıb.
Xalq artisti pop ulduza təşəkkürünü bildirib:
"Hər bir bəstəkar üçün çox sevindirici haldır ki, onun əsərlərini kimsə oxuyur. Tünzalə xanım bizim gözəl ifaçımızdır. Çox peşəkardır, hər mahnıya öz ürəyini verir, işinə yüksək profesionallıqla yanaşır. Mən ona çox minnətdaram ki, yaradıcılığıma diqqət yetirib".
Oxşar xəbərlər
Gökhan Özen: "Gözümdən əməliyyat olundum, dedilər botoks etdirmişəm"
Məşhur müğənni Gökhan Özen xarici görünüşü ilə bağlı ilk dəfə açıqlama verib. BAKU.WS xəbər verir ki, ifaçı konsertlərindən birində gözündən əməliyyat olunduğu...