Azərbaycanlı xanəndənin həyat yoldaşı bu səbəbdən həbs edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov oktyabrın 19-da Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
BAKU.WS xəbər verir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istehlakını, eləcə də satış məqsədi olmadan şəxsi istehlak miqdarında əldə edilməsini, saxlanılmasını, daşınmasını və digər qanunsuz hərəkətləri əhatə edir.
Məhkəmənin qərarı ilə Rasim Yusifov barəsində 25 sutka müddətinə inzibati həbs qərarı verilib.
Bundan əlavə, o, müvafiq narkoloji dispanserdə qeydiyyata alınaraq məcburi müalicəyə cəlb edilib.
Oxşar xəbərlər
Sibel Canın sevgilisi ev dustaqlığına buraxıldı
Müğənni Sibel Canın sevgilisi, iş adamı Emir Sarıgül ev dustaqlığına buraxılıb. BAKU.WS xəbər verir ki, onun haqqında qətimkan tədbiri dəyişdirilib və məhkəmə...