Brüsseldə Azərbaycanın Zəfər Günü qeyd olunub

Brüsseldə Azərbaycanın Zəfər Günü qeyd olunub
Foto
Digər 14

Belçikanın paytaxtı Brüsseldə 8 Noyabr - Zəfər Günü münasibətilə "Azərbaycanın ruhu" adlı bayram konserti keçirilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, tədbir Azərbaycanın Belçika, Lüksemburq və Avropa İttifaqındakı (Aİ) səfirliyi, həmçinin ölkənin NATO yanındakı nümayəndəliyi tərəfindən birgə təşkil olunub.

Dəvətlilər arasında Belçikanın dövlət və siyasi dairələrinin, beynəlxalq təşkilatların, NATO-nun, Brüsseldə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, eləcə də Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Açılışda Azərbaycanın Belçikadakı səfiri Məmməd Əhmədzadə və NATO yanındakı nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə çıxış ediblər.

Diplomatlar Zəfərin tarixi əhəmiyyəti və Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun 2020-ci ilin 44 günlük Vətən müharibəsindən tutmuş 2023-cü ilin sentyabrındakı antiterror tədbirlərinə qədər keçdiyi şanlı yolu barədə danışıblar.

Çıxışlar zamanı Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa edilməsində, eləcə də həm hərbi, həm də diplomatik sahələrdə mühüm uğurların qazanılmasında Prezident İlham Əliyevin həlledici rolu xüsusi qeyd olunub.

Diplomatlar həmçinin dövlət başçısının postmünaqişə dövründə sülh gündəliyinin təşviq edilməsi və regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması istiqamətindəki təşəbbüslərini qeyd ediblər. Vurğulanıb ki, Azərbaycan əvvəlcə döyüş meydanında qələbə qazanıb, indi isə regionda dayanıqlı sülhün bərqərar olması üçün ardıcıl addımlar atır.

Qeyd olunub ki, Bakının təklif etdiyi sülh gündəliyi Cənubi Qafqazda yeni siyasi mərhələnin formalaşması üçün təməl yaradır. Çıxış edənlər həmçinin möhkəm sülhə nail olmaq üçün zəruri şərtləri və onun regionun gələcək inkişafı üçün açdığı perspektivləri diqqətə çatdırıblar.

Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının təqdim etdiyi musiqi proqramına muğam, xalq mahnıları və ənənəvi Azərbaycan rəqsləri daxil edilib. Konsertin sonunda sənətçilər birlikdə "Ey Vətən" mahnısını ifa ediblər.

Proqramın vizual müşayiətində Şuşa, Bakı və işğaldan azad edilmiş ərazilərdən olan, o cümlədən Qarabağdakı bərpa işlərinə həsr olunmuş kadrlar nümayiş edilib.

Konsert Azərbaycanın 2020-ci ilin 44 günlük müharibəsindəki qələbəsinin növbəti ildönümünə həsr edilmiş tədbirlərin bir hissəsi olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər