Koronavirusun yeni ştammı: Güclü boğaz ağrısı və uzunmüddətli halsızlıq yaradır
Yeniliklərdən dərhal xəbərdar olun
Koronavirusun PJ.2.1 adlı yeni ştammı digər variantlardan daha şiddətli boğaz ağrısı və xəstəlikdən sonra uzun müddət davam edən halsızlıqla fərqlənə bilər.
BAKU.WS Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə tibb elmləri doktoru, infeksionist və virusoloq Yelena Malinnikova məlumat verib.
Mütəxəssisin sözlərinə görə, klinik müşahidələr zamanı yeni ştamma yoluxan şəxslərdə boğaz ağrısının daha güclü olduğu və infeksiyadan sonra asteniya (uzunmüddətli zəiflik və yorğunluq) əlamətlərinin daha çox davam etdiyi bildirilir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) PJ.2.1 ştammının yayılmasını izləyir. Təşkilatın məlumatına görə, virusun payı ABŞ və Kanada da daxil olmaqla bir sıra ölkələrdə artır. Avropada da ayrı-ayrı yoluxma halları qeydə alınıb.
Bununla belə, mütəxəssislər yeni ştammın əvvəlki variantlarla müqayisədə daha ağır xəstəliyə səbəb olduğunu göstərən klinik məlumatların hələlik olmadığını bildirirlər. PJ.2.1 variantı pnevmoniya, tənəffüs çatışmazlığı və ölüm hallarının artması ilə əlaqələndirilmir.
Əsas risk qrupuna isə 60 yaşdan yuxarı şəxslər daxildir.
Oxşar xəbərlər
Tramp Ağ Evə yeni aparat rəhbəri təyin etdi
Ağ Evin yeni aparat rəhbəri Stiven Miller olacaq. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında...