Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə texniki planlaşdırmaya başlayıblar
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Brendan Hanrahan və Ermənistan xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Vahan Kostanyan multimodal tranziti marşrutu olan Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) irəlilədilməsi məqsədilə Üçtərəfli Texniki Planlaşdırma Qruplarının fəaliyyətinə start veriblər.
BAKU.WS xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu format 8 avqust 2025-ci il tarixində Prezident Trampın vasitəçiliyi ilə imzalanmış tarixi Sülh Sammiti Bəyannaməsinin əhəmiyyətini vurğulamaqla regionda uzunmüddətli sabitliyə, iqtisadi inkişafa, regional bağlantıya, ticari tərəqqiyə töhfə vermək və birgə fəaliyyət göstərmək üçün hər üç ölkənin rəsmi şəxsləri və texniki ekspertlərindən ibarət nümayəndələrini bir araya gətirir.
Qeyd olunub ki, tərəflər TRIPP barədə qərarı reallaşdırmaqla bağlı birgə öhdəliyə sadiqlik nümayiş etdirərək, ilk mərhələdə müvafiq qaydada nəqliyyat və elektrik enerjisinin ötürülməsi istiqamətlərinə məsul olacaq iki Texniki Planlaşdırma Qrupunu təsis etmək barədə razılığa gəliblər. Bu texniki planlaşdırma qrupları kompleks texniki məsələlərin həll edilməsi və digər regional infrastrukturlara inteqrasiya da daxil olmaqla, növbəti icra mərhələlərinə keçid istiqamətində mühüm addım təşkil edir.
Tərəflər TRIPP-in bütün modallıqlarının sürətli şəkildə həyata keçirilməsi ilə bağlı müvafiq öhdəliklərini bir daha təsdiq ediblər.
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. BAKU.WS xəbər verir ki, elm və təhs...