"Baku TV" kollektivi peşə bayramını və Zəfər Gününü qeyd edib

Baku TV kollektivi peşə bayramını və Zəfər Gününü qeyd edib
Video
Siyasət 59

"Baku TV"də 6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günü və 8 noyabr – Zəfər Günü münasibətilə tədbir təşkil olunub.

Tədbirdə, "Global Media Group"un İdarə Heyətinin üzvü Orxan Məmmədov çıxış edərək kollektivi hər iki bayram münasibətilə təbrik edib. O, kanalın əldə etdiyi uğurlarda hər bir əməkdaşın əməyini xüsusi vurğulayıb.

Orxan Məmmədov Prezident İlham Əliyevin Sərəncamı ilə "Tərəqqi" medalına layiq görülən "Baku TV" əməkdaşları Elçin Əlibəyli, Gülnar Muradova və Jalə Ədilovanı təbrik edərək bu təltifi bütün kollektivin fəaliyyətinə verilən yüksək qiymət kimi dəyərləndirib.

Tədbirdə "Baku TV"nin 44 günlük Vətən müharibəsi dövründəki fəaliyyəti də xüsusi vurğulanıb. Qeyd olunub ki, həmin günlərdə kanalın jurnalistləri cəbhə bölgəsindən operativ reportajlar hazırlayaraq Azərbaycan həqiqətlərini yerli və beynəlxalq auditoriyaya çatdırıblar. Müharibədə iştirak etmiş əməkdaşlara göstərdikləri şücaətə görə dərin hörmət və minnətdarlıq ifadə olunub.

Son xəbərlər