Tramp Ağ Evə yeni aparat rəhbəri təyin etdi

Tramp Ağ Evə yeni aparat rəhbəri təyin etdi
Dünya 63

Ağ Evin yeni aparat rəhbəri Stiven Miller olacaq.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında paylaşım edib.

"Administrasiyada Ağ Evin aparat rəhbərinin müavini vəzifəsini tutan və ən yaxın məsləhətçilərimdən biri olan Stiven Millerin noyabrın 9-dan etibarən aparat rəhbəri vəzifəsinə keçəcəyini elan etməkdən məmnunam", - deyə Tramp yazıb.

O, hazırda bu vəzifəni tutan Syuzan Uaylsın siyasi fəaliyyətlə bağlı qeyri-hökumət strukturunda başqa işə keçəcəyini də bildirib.

Qeyd edək ki, Donald Tramp oktyabrda Ağ Evin aparat rəhbərini dəyişdirmək niyyətində olduğuna dair məlumatları qəti şəkildə təkzib etmişdi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər