Kamilo Durandan Azərbaycan bayrağı açan azarkeşə jest - ANBAAN VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunda keçirilən "Seltik" – "Beşiktaş" matçından (3:2) sonra maraqlı hadisə yaşanıb.
BAKU.WS Qol.az-a istinadən xəbər verir ki, Şotlandiya klubunun kolumbiyalı hücumçusu Kamilo Duran azərbaycanlı azarkeşə jest edib.
O, qarşılaşma başa çatdıqdan sonra əlində ölkəmizin bayrağı olan Qlazqo Universitetinin tələbəsinin çağırışını diqqətsiz qoymayıb.
Futbolçu azərbaycanlı gəncə yaxınlaşaraq öz formasını ona hədiyyə edib.
Qeyd edək ki, "Qarabağ"ın sabiq hücumçusu olan Kamilo Duran sözügedən görüşdə 2 qol vuraraq komandasının qələbəsində əsas rol oynayıb.
Oxşar xəbərlər
Azərbaycan Premyer Liqasında XI tura start verilir
Misli Premyer Liqasında XI tura bu gün start veriləcək. BAKU.WS xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma keçiriləcək. "Turan Tovuz" səfərdə "Qaraba...