Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Noyabrın 11-dən 12-dək Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, qitə çempionatında 12 ölkədən 80-nə yaxın cüdoçu yarışacaq.
Azərbaycanda ilk dəfə təşkil olunan Avropa çempionatı ilə bağlı Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında görüş keçirilib.
Görüşdə Azərbaycan Deflimpiya Komitəsinin (ADK) baş katibi Namiq Novruzov, Milli Olimpiya Komitəsinin idman idarəsinin müdiri, Azərbaycan Deflimpiya Komitəsinin idman şöbəsinin müdiri Həsənağa Rzayev, Komitə əməkdaşları və könüllülər iştirak ediblər.
Qalereya
Oxşar xəbərlər
Ronaldo geri dönmək üçün şərt irəli sürə bilər - Gözlənilməz iddia
Portuqaliya millisinin və dünya futbolunun ulduzu Kriştiano Ronaldonun milli komandadakı karyerasını başa vurması ilə bağlı açıqlaması futbol ictimaiyyətində mü...