Ronaldo geri dönmək üçün şərt irəli sürə bilər - Gözlənilməz iddia

Ronaldo geri dönmək üçün şərt irəli sürə bilər - Gözlənilməz iddia
İdman 2

Portuqaliya millisinin və dünya futbolunun ulduzu Kriştiano Ronaldonun milli komandadakı karyerasını başa vurması ilə bağlı açıqlaması futbol ictimaiyyətində müzakirələrə səbəb olub. 41 yaşlı hücumçunun bu qərarı qəti olub-olmadığı, yoxsa gələcəkdə yenidən milliyə qayıtmaq ehtimalını saxladığı diqqət çəkir.

BAKU.WS xəbər verir ki, Ronaldonun karyerasını qalmaqalla başa vurması təəccüblü olmayıb. Belə ki, futbolçu son aylarda millidə baş verən gərginliklərdən və baş məşqçi Jorje Jezuşla yaşanan fikir ayrılıqlarından sonra bu addımı atıb. Maraqlıdır ki, Kriştiano millidəki son oyununu da məhz Jezuşun rəhbərliyi altında keçirib.

Son hadisələr Ronaldonun Portuqaliya və dünya futboluna verdiyi töhfələri kölgədə qoymamalıdır. Ulduz futbolçu karyerasını millidə təntənəli şəkildə başa vurmağa layiqdir.

Ronaldonun Lissabondakı "Joze Alvalade" stadionunda və ya doğulduğu Madeyra adasında vida oyunu keçirməsi ehtimalı da gündəmə gətirilir. Belə bir qarşılaşma azarkeşlər üçün xüsusi hadisəyə çevrilə bilər. Hətta həmin oyunda Ronaldonun karyerasının 1000-ci qolunu vurması da unudulmaz an olardı.

Ronaldo geri dönmək üçün şərt irəli sürə bilər - Gözlənilməz iddia

Digər tərəfdən, Ronaldunun özü üçün vida mərasiminin nə dərəcədə arzuolunan olduğu sual altındadır. Çünki belə bir tədbir futbolçuya zamanın keçdiyini və karyerasının sonuna yaxınlaşdığını bir daha xatırlada bilər.

Qeyd edək ki, Ronaldonun xarakteri onun millidəki mövqeyindən geri çəkilməsini çətinləşdirir. O, ya komandanın əsas siması olmağa, ya da ümumiyyətlə həmin kollektivdə yer almamağa üstünlük verən futbolçudur.

Maraqlı ehtimallardan biri də Ronaldonun gələcəkdə milliyə qayıtmaq üçün dəvət gözləyə biləcəyidir. Müəllif istisna etmir ki, Kriştiano Portuqaliya millisinin onsuz çətinlik yaşayacağını düşünür və müəyyən müddətdən sonra ondan geri dönməsi xahiş ediləcəyinə ümid edə bilər.

Hətta onun geri dönüş üçün müəyyən şərtlər irəli sürməsi, o cümlədən baş məşqçi məsələsinə müdaxilə etmək istəməsi də ehtimallar sırasında göstərilir. Ronaldonun millidən ayrılması ilə bağlı qərarının son nöqtə olub-olmadığı hələ də müzakirə mövzusudur. Futbol tarixinin ən böyük ulduzlarından biri üçün bu ayrılığın necə nəticələnəcəyi isə zamanla bəlli olacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər