Qadın voleybolçular arasında Azərbaycan Superliqasına start verilib
Yeniliklərdən dərhal xəbərdar olun
Qadın voleybolçular arasında Azərbaycan Superliqasında yeni mövsümə 2 oyunla start verilib.
BAKU.WS xəbər verir ki, I turda "Milli Aviasiya Akademiyası" "Gəncə" ilə, "Azərmaş Abşeron" isə "Naxçıvan"la üz-üzə gəlib.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən "Azərmaş Abşeron" - "Naxçıvan" oyununda Naxçıvan təmsilçisi 3:0 (25:20, 25:13, 25:12) hesablı qələbə qazanıb.
"Milli Aviasiya Akademiyası" Voleybol Klubunun idman zalında gerçəkləşən "Milli Aviasiya Akademiyası" - "Gəncə" matçında isə ev sahibləri qalib gəliblər - 3:0 (25:22, 25:17, 25:19).
Oxşar xəbərlər
Millimiz üçüncü dəfə dünya çempionu oldu
Azərbaycanın tamblinq üzrə millisi Çinin Nankin şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Gimnas...