Əhaliyə ŞAD XƏBƏR: Bu ərazilərdə dəmiryolu xətləri bərpa olunur

Əhaliyə ŞAD XƏBƏR: Bu ərazilərdə dəmiryolu xətləri bərpa olunur
Açıqlama
Sosial 37

"Azərbaycan Dəmir Yolları mərhələli şəkildə səyahət coğrafiyasını genişləndirməyə davam edir. 2030-cu ilə qədər mərhələli şəkildə Yalama, Mincivan və Astara istiqamətlərində sərnişin daşımaları bərpa ediləcək. Gələn il Bakı–Xankəndi–Bakı marşrutu sərnişinlərin istifadəsinə veriləcək".

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Azərbaycan Dəmir Yolları (ADY) QSC-dən bildirilib.

Qeyd edilib ki, ADY həmçinin "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nda dəmiryol infrastrukturu üzrə nəzərdə tutulan layihələrin icrasını davam etdirir:

"Dövlət Proqramında Bakıətrafı ərazilərdə dəmiryol nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə Yeni Suraxanı–Hövsan, Bakıxanov–Binə–Qala, Zabrat–Maştağa–Bağlar və Qaradağ–Güzdək dəmir yolu xətlərinin bərpası, eləcə də bu xətlər boyunca mövcud stansiyaların bərpası və yeni stansiyaların inşası nəzərdə tutulur".

Orxan Hüseyn

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər