Günəşdə alışmaların sayı artıb - Alimlərdən XƏBƏRDARLIQ

Günəşdə alışmaların sayı artıb - Alimlərdən XƏBƏRDARLIQ
Dünya 8

Günəşdə son iki gün ərzində 30-dan çox alışma qeydə alınıb.

BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Alimlərin bildirdiyinə görə, qeydə alınan hadisələrdən 18-i C sinfindən yuxarı olub. Bildirilib ki, noyabrın 7-də ilk 12 saat ərzində daha 17 alışma baş verib.

Mütəxəssislər günün sonunadək Günəşdəki alışmaların ümumi sayının 40-a çatacağını proqnozlaşdırırlar.

Qeyd edək ki, noyabrın 5-də Günəşdə son dörd həftənin ən güclü alışması – M3.6 sinifli partlayış qeydə alınıb. Onun Yerə nisbətən yaxın istiqamətdə baş verməsi plazma buludlarının planetimizə çatması ehtimalını yaradıb.

Hazırda alimlər hər hansı mənfi təsir qeydə almadıqlarını bildirir və vəziyyəti izləməyə davam edirlər.

Günəş alışmaları gücünə görə A, B, C, M və X siniflərinə bölünür. Bu hadisələr plazma atılmaları ilə müşayiət oluna və Yerə çatdıqda maqnit qasırğalarına səbəb ola bilər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər