Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb

Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb
Foto
Siyasət 27

Azərbaycanın 8 Noyabr - Zəfər Günü münasibətilə Perunun paytaxtı Limanın mərkəzində yerləşən tarixi meriya binası Azərbaycan Dövlət Bayrağının rəngləri ilə işıqlandırılıb.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Limanın tarixi mərkəzində, Silahlar meydanında yerləşən meriya binasının Azərbaycan Bayrağının rənglərinə bürünməsi Azərbaycan və Peru arasında dostluq, qarşılıqlı hörmət və həmrəyliyin nümayişi kimi xüsusi məna daşıyır. Bu təşəbbüs iki ölkə arasında mövcud olan dostluq münasibətlərinin və xalqlarımız arasındakı həmrəyliyin rəmzi ifadəsidir.

Meriya binası üç gün ərzində Azərbaycan Dövlət Bayrağının rəngləri ilə işıqlandırılacaq.

Son xəbərlər