Ərdoğan: Cənubi Qafqaz artıq əməkdaşlıq və inkişaf bölgəsi kimi tanınır
Yeniliklərdən dərhal xəbərdar olun
Cənubi Qafqaz artıq münaqişə və qeyri-sabitlik bölgəsi kimi deyil, əməkdaşlıq və inkişaf bölgəsi kimi tanınır.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə ünvanladığı təbrik məktubunda qeyd edib.
Türkiyə Prezidentinin sözlərinə görə, bu, regionda davamlı sülhün, əmin-amanlığın və sabitliyin bərqərar olması üçün əlaqələndirilmiş şəkildə həyata keçirilən işlərin nəticəsidir.
"Şuşa Bəyannaməsi ilə ən yüksək səviyyəyə çatdırdığımız "Bir millət, iki dövlət" anlayışına əsaslanan sarsılmaz dostluq və qardaşlıq tellərimizdən aldığımız güclə həm ikitərəfli münasibətlərimizdə, həm də beynəlxalq aləmdə bundan sonra da sıx əməkdaşlıq və həmrəylik şəraitində işləyəcəyimizə tam əminəm" - deyə, məktubda bildirilir.
Oxşar xəbərlər
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb
Azərbaycanın 8 Noyabr - Zəfər Günü münasibətilə Perunun paytaxtı Limanın mərkəzində yerləşən tarixi meriya binası Azərbaycan Dövlət Bayrağının rəngləri ilə işıq...