Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır
Yeniliklərdən dərhal xəbərdar olun
Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "X" sosial şəbəkəsində paylaşımında qeyd olunub.
"Altı il əvvəl Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli,müdrik liderliyi ilə və şəhidlərimiz qanı bahasına torpaqlarımız işğaldan azad edildi, otuz ilə yaxın davam edən Qarabağ və Şuşa həsrətinə son qoyuldu. Bu gün doğma Şuşada qalib dövlətin vətəndaşı kimi dayanmaq misilsiz bir duyğudur. Allah şəhidlərimizə rəhmət eləsin! Qarabağ Azərbaycandır!", - Prezdentin köməkçisi bildirib.
Oxşar xəbərlər
Azərbaycanın Zəfər Günündən 6 il ötür
Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü – Zəfər Günü qeyd edilir. Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Al...