Yuxusuzluq arıqlamağa mane olurmuş… - Həkim açıqladı

Yuxusuzluq arıqlamağa mane olurmuş… - Həkim açıqladı
Digər 9

Xroniki yuxusuzluq və orqanizmin tam bərpa olunmaması aclıq hissini və şirniyyata meyli artırır. Bu amil arıqlamağa mane ola bilər.

BAKU.WS "Qazeta.Ru"ya istinadən xəbər verir ki, bu barədə endokrinoloq Aleksandr Farmаnov açıqlama verib.

Həkimin sözlərinə görə, aclıq və toxluq hissini tənzimləyən əsas hormonlardan olan qrelin və leptinin fəaliyyəti yuxu çatışmazlığından təsirlənə bilər. Qrelin beyinə qidalanmaq siqnalı göndərir, leptin isə orqanizmin kifayət qədər enerji aldığını bildirir.

Yuxusuzluq bu hormonların tənzimlənməsini poza, insanın adi qidalanma rejimini dəyişməsə belə, daha çox yemək istəməsinə səbəb ola bilər. Eyni zamanda, şirniyyat, un məmulatları və yüksək kalorili qidalara marağı artırır.

Endokrinoloq bildirib ki, yuxu çatışmazlığı özünənəzarəti də çətinləşdirir və insanın qəlyanaltılara meylini gücləndirir.

Həkim keyfiyyətli yuxu üçün yalnız istirahətə kifayət qədər vaxt ayırmağın deyil, yataq otağındakı şəraitə də diqqət yetirməyin vacibliyini vurğulayıb. Pəncərədən daxil olan işıq, kənar səslər, havasızlıq və narahat yataq yuxunun keyfiyyətini aşağı sala bilər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər