Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub
Siyasət 54

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. Səfər çərçivəsində İlham Əliyevlə Qarabağda görüş keçiriləcək.

BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbəkə hesabında məlumat verib.

Onun sözlərinə görə, səfər Azərbaycanın Zəfər Günü münasibətilə baş tutacaq.

Görüş zamanı Türkiyə-Azərbaycan əməkdaşlığının müxtəlif istiqamətləri, həmçinin regional və qlobal məsələlər müzakirə olunacaq.

Son xəbərlər