Şəhid Ülvi Hacıyevin xatirəsinə həsr olunan konsert keçirilib

Şəhid Ülvi Hacıyevin xatirəsinə həsr olunan konsert keçirilib
Foto
Sosial 17

Dövlət Gömrük Komitəsinin yeganə şəhidi Ülvi Hacıyevin xatirəsi xüsusi konsert proqramı ilə yad edilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, şəhid ailələrinin üzvlərinin, ziyalıların, ictimaiyyət və media nümayəndələrinin iştirak etdiyi tədbirdə şəhidin həyat yolunu əks etdirən səhnələr nümayiş olunub, Vətənə və qələbəyə həsr edilmiş musiqi əsərləri səsləndirilib.

Tədbir çərçivəsində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin iştirakı ilə "Azərbaycan Zəfəri-2" adlı konsert proqramı da təqdim olunub.

Konsertin diqqətçəkən məqamlarından biri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbə-aktyorlarının iştirakı ilə hazırlanmış bədii kompozisiya olub. Səhnə əsərində Ülvi Hacıyevin uşaqlıq və gənclik illəri canlandırılıb.

Proqram çərçivəsində vətənpərvərlik mövzusunda musiqi nömrələri ifa olunub, İkinci Qarabağ müharibəsinə həsr edilmiş videoçarx nümayiş etdirilib.

Tədbirdə şəhidin əziz xatirəsi ehtiramla yad edilib, onun həyat və döyüş yolunun, Vətən uğrunda göstərdiyi fədakarlığın gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər