Ağdam, Füzuli və Xocavənd məktəbliləri arasında Zəfər Gününə həsr olunmuş şeir müsabiqəsi keçirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Ağdam, Füzuli və Xocavənd rayonlarının məktəbliləri arasında Zəfər Gününə həsr olunmuş şeir müsabiqəsi keçirilib.
BAKU.WS xəbər verir ki, 3-6 noyabr tarixlərində Ağdam, Füzuli və Xocavənd rayonlarında fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə "Zəfər sədası" adlı şeir müsabiqələri təşkil edilib.
15 yaşadək məktəblilərin iştirak etdiyi müsabiqələrdə Zəfər Gününə, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə, Vətən sevgisinə və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib. Hər məktəbdən münsiflər heyətinin seçimi əsasında ən yaxşı ifa nümayiş etdirən bir şagird müəyyənləşdirilib.
Müsabiqələrin əsas məqsədi məktəblilər arasında vətənpərvərlik ruhunu gücləndirmək, Vətənə məhəbbəti, qəhrəmanlıq tariximizi və Zəfər salnaməmizi gənc nəsil arasında təbliğ etmək, həmçinin şagirdlərin bədii qiraət bacarıqlarını inkişaf etdirmək olub.
Qalereya
Oxşar xəbərlər
Şəhid Ülvi Hacıyevin xatirəsinə həsr olunan konsert keçirilib
Dövlət Gömrük Komitəsinin yeganə şəhidi Ülvi Hacıyevin xatirəsi xüsusi konsert proqramı ilə yad edilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, şəhid ailələ...