Polşada silahlı hücum: Ölənlərin sayı 5-ə çatdı

Polşada silahlı hücum: Ölənlərin sayı 5-ə çatdı
Dünya 77

Polşanın Krakov şəhərinin mərkəzi bazar meydanında baş verən silahlı insident nəticəsində ölənlərin sayı beş nəfərə çatıb. Hadisə zamanı 10-dan çox insan yaralanıb.

BAKU.WS xəbər verir ki, bu barədə Malopolska vilayətinin polisi yerli mediaya məlumat verib.

Polisin bildirdiyinə görə, hücumu törədən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarının açdığı atəş nəticəsində yaralanıb. O, xəstəxanaya aparılır.

Hadisə yerində təcili tibbi yardım və digər operativ xidmətlərin əməkdaşları fəaliyyətlərini davam etdirirlər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər