Bakıda avtobus ağaca çırpılması nəticəsində xəsarət alan olmayıb
09
noy
2026
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Suraxanı rayonunda 184 nömrəli marşrut avtobusu ağaca çırpılıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb.
Belə ki, 77-JM-499 dövlət nömrə nişanlı 184 saylı marşrut avtobusu idarəetmədən çıxaraq maneəyə çırpılıb.
Sərnişinlərin sözlərinə görə, qəzaya səbəb sürücünün anidən huşunu itirməsi olub:
"Sürücü normal sürətlə avtobusu idarə edirdi. Səhhətində sanki nəsə problem var idi. Anidən huşunu itirdi. Nəticədə avtobus idarəetmədən çıxaraq ağaca çırpıldı. Xoşbəxtlikdən heç kim xəsarət almadı".
Oxşar xəbərlər
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Abşeron rayonunda kişi sevgilisini döyüb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-...