Lüksemburqda Zəfər Günü qeyd olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Lüksemburqda Azərbaycanın Zəfər Günü mədəni tədbirlər və informasiya kampaniyası ilə qeyd olunub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki,, tədbirlər Azərbaycanın Belçika, Lüksemburq və Avropa İttifaqındakı səfirliyinin dəstəyi ilə Azərbaycan-Lüksemburq Dostluq Assosiasiyası (LuxAz) tərəfindən təşkil edilib.
Kampaniya çərçivəsində ölkənin biznes mərkəzləri və ofis binalarındakı 91 rəqəmsal ekranda Zəfər Gününə həsr olunmuş videoçarxlar nümayiş etdirilib.
Paytaxt Lüksemburqda keçirilən tədbirdə 44 günlük Vətən müharibəsində qazanılmış Qələbənin tarixi əhəmiyyəti vurğulanıb, Azərbaycanın mədəni irsinin xaricdə tanıdılmasının vacibliyi qeyd olunub.
Mədəni proqramda pianoçu Mədinə Axundova Azərbaycan bəstəkarlarının əsərlərini, gitara ifaçısı Vasif Cavadlı isə "Sarı gəlin", "Vətən yaxşıdır" və "Həsrətindən" kompozisiyalarını ifa edib.
İştirakçılar Vətən müharibəsi veteranı Amin Musayevlə onlayn görüş keçirib, "Torpağı sanı yaşayasan" filminə baxıb, Azərbaycanın, Qarabağın və Şuşanın tarixinə dair viktorinada iştirak ediblər.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub
Azərbaycan, Braziliya, Türkiyə və Avstraliyanın birgə hazırladığı "Belém Missiyası – 1,5°C" hesabatı Türkiyənin Antalya şəhərində keçirilən COP31 çərçivəsində i...