"Ən çətini şəhid nəşinin ailələrə təhvil verilməsi idi" - Xilasetmə əməliyyatının qəhrəmanları danışdılar

Ən çətini şəhid nəşinin ailələrə təhvil verilməsi idi - Xilasetmə əməliyyatının qəhrəmanları danışdılar
Video
Digər 44

2020-ci ildə Vətən müharibəsi zamanı Gəncə şəhəri müxtəlif günlərdə Ermənistanın raket və ağır artilleriya hücumlarına məruz qaldı. Oktyabrın 4, 5, 7, 11 və 17-də baş verən hücumlar nəticəsində 26 nəfər şəhid oldu, 175 nəfər isə xilas edildi.

BAKU.WS xəbər verir ki, Baku TV hər hücumdan sonra Fövqəladə Hallar Nazirliyinin insanların köməyinə çatan, onları dağıntılar altından xilas etməyə çalışan əməkdaşları haqqında reportaj hazırlayaraq onların qəhrəmanlıqlarını diqqətə çatdırıb.

"Hadisə yerinə çatanda bir xilasedici kimi yox, bir insan kimi gördüyüm mənzərə məni çox sarsıtdı. Hər şey dağıntı altında idi, yaşayış yerindən əsər-əlamət qalmamışdı", - deyə FHN əməkdaşı Elgün Nağdalıyev həmin günləri xatırlayıb.

O qeyd edib ki, əməliyyatlara FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti, Dövlət Yanğından Mühafizə Xidməti, Gəncə Regional Mərkəzinin əməkdaşları cəlb olunmuşdu. Dağıntılar altında qalan insanların tapılması üçün xüsusi təlim keçmiş itlərdən də istifadə edilirdi. "Üst-üstə çökmüş binaların altında qalan insanların yerini müəyyənləşdirməkdə kinoloji itlərin böyük rolu oldu. Onların köməyi ilə axtarış-xilasetmə əməliyyatlarını daha sürətli davam etdirirdik", - deyə E.Nağdalıyev bildirib.

FHN əməkdaşı Mahir Məmmədov isə xilasetmə əməliyyatlarının ən çətin tərəfi barədə danışıb. "Xilasetmə əməliyyatları zamanı şəhid olmuş insanların nəşini ailələrinə təhvil verirdik. Bu hallar bizə çox təsir edirdi. Əlimizdən gələni edirdik ki, insanlar oradan sağ çıxarılsınlar", - deyə o qeyd edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bayramı rayonlarda keçirmək istəyənlər çıxılmaz vəziyyətdə qaldılar

Bayramı rayonlarda keçirmək istəyənlər çıxılmaz vəziyyətdə qaldılar

Quba rayonunun yüksək dağlıq ərazilərində güclü qar yağıb. BAKU.WS "Xəzər" TV-yə istinadən xəbər verir ki, qar ən çox Qrız kəndinə düşüb. Burada qar örtüyünün h...

17 Digər 23:57 09 noyabr 2026

Son xəbərlər