Günəşdə XXI əsrin rekordu təkrarlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Noyabrın 7-də Günəşdə bir sutka ərzində 29 partlayış qeydə alınıb. Bu göstərici XXI əsrdə müşahidə olunan rekordun təkrarlanması deməkdir.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Laboratoriyanın açıqlamasında bildirilir ki, NOAA-nın beynəlxalq kataloquna əsasən, 2000-ci ildən bəri bir gün ərzində 29 Günəş partlayışı yalnız iki dəfə - 2022-ci il mayın 5-də və 2024-cü il dekabrın 10-da qeydə alınıb.
Laboratoriyanın diqqətə çatdırdığı digər maraqlı məqam isə bütün partlayışların hazırda Günəş diskinin mərkəzində yerləşən 4566 nömrəli eyni günəş ləkələri qrupunda baş verməsidir.
Oxşar xəbərlər
"Ən çətini şəhid nəşinin ailələrə təhvil verilməsi idi" - Xilasetmə əməliyyatının qəhrəmanları danışdılar
2020-ci ildə Vətən müharibəsi zamanı Gəncə şəhəri müxtəlif günlərdə Ermənistanın raket və ağır artilleriya hücumlarına məruz qaldı. Oktyabrın 4, 5, 7, 11 və 17-...