Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci cüzi azaldıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 1 milyard 975,498 milyon ABŞ dolları dəyərində mal idxal edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,3 % azdır.
10 ay ərzində Azərbaycana tədarük Türkiyənin ümumi ixracının 1 %-ni təşkil edib.
Oktybarda isə Türkiyə Azərbaycana 207,181 milyon ABŞ dolları dəyərində mal ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 16,2 % azdır.
Yanvar-oktyabr aylarında Türkiyədən ən çox mal idxalını Almaniya (17 milyard 322 milyon ABŞ dolları,1 il əvvələ nisbətən 4,2 % çox), ABŞ (12 milyard 515 milyon ABŞ dolları, 15,6 % çox) və Birləşmiş Krallıq (11 milyard 878 milyon ABŞ dolları, 3 % çox) həyata keçirib.
Türkiyənin mal ixracının ümumi dəyəri illik müqayisədə 6 % artaraq 206 milyard 037,715 milyon ABŞ dollarına, oktyabr ayında isə 6,6 % artaraq 22 milyard 334,023 milyon ABŞ dollarına çatıb.
Oxşar xəbərlər
Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır
"Sea Breeze" layihəsinin təsisçisi və sahibi, "Agalarov Development" şirkətinin rəhbəri Emin Ağalarov Esvatini iqtisadiyyatına 99 milyon ABŞ dolları investisiya...