SOCAR və "Sinopec Corp." Strateji əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

SOCAR və Sinopec Corp. Strateji əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb
Foto
İqtisadiyyat 0

Çinin Şanxay şəhərində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "China Petroleum & Chemical Corporation" (Sinopec Corp.) arasında Strateji əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

BAKU.WS xəbər verir ki, sənədi SOCAR-ın vitse-prezidenti Fuad Musayev və "Sinopec Corp." şirkətinin vitse-prezidenti Li Yuxing imzalayıblar.

Memorandum şirkətlər arasında satınalma və təchizat zəncirinin idarə olunması sahələrində əməkdaşlığın inkişaf etdirilməsi məqsədi daşıyır.

Sənədə əsasən tərəflər təchizatçı resursları barədə məlumat mübadiləsinin həyata keçirilməsi, təchizat zəncirinin idarə olunması strategiyalarının hazırlanması istiqamətlərində əməkdaşlıq edəcəklər.

Memorandum, həmçinin şirkətlər arasında təcrübə və qabaqcıl iş təcrübələrinin mübadiləsinin aparılmasını, məhsul, avadanlıq və xidmətlərinin qarşılıqlı olaraq satınalma və təchizat zəncirlərinə daxil edilməsi imkanlarının araşdırılmasını və qarşılıqlı razılaşdırılacaq digər istiqamətlər üzrə tərəfdaşlığı nəzərdə tutur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər